Untitled Document
Ana səhifə   |   Haqqımızda   |   Xidmətlərimiz   |   Vakansiyalar   |   Qəbula yazılmaq   |   SSS   |   Əlaqə
Untitled Document
   

Bizimlə əlaqə saxlayın

Mərkəz Bakıxanov

Sabunçu r-n., Bakıxanov qəs.
Tel.: +994 12 429 4224
Tel.: +994 12 429 7800
Faks: +994 12 429 5511

Q.Qarayev filialı

Nizami r-n.,
Ə.Hacıyev küç., 15
Tel.: +994 12 520 3151/61
Faks: +994 12 520 3171

info@medicallife.az





   Sterilizasiya

Stomatologiya sahəsində istifadə olunan alət və avadanlıqların Ümumdünya Səhiyyə Standartlarına uyğun sterilləşdirilməsi istər tibb işçilərinin,istərsə də pasientlərin sağlamlığının əsas təminatçısıdır. Xəstəxana və klinika infeksiyaları tək inkişaf etməkdə olan deyil, həm də inkişaf etmiş ölkələrin ən böyük problemi olmaqda davam edir. Əvvəllər sadəcə hər hansı bir ölkə və ya bölgələrə xas olan xəstəliklər,indi bütün dünyaya rahatlıqla yayıla bilir.

Sterilizasiya və dezinfeksiya haqqında nəinki hər bir həkim, hətta hər bir insan bilməlidir. Qan və ağız suyu ilə daim təmasda olan diş həkimləri və köməkçi personal lazım olan qoruyucu tədbirlərdən istifadə etmədikdə həm yoluxma, həm də pasienti yoluxdurma riskini daşıyır. Bu səbəbdən klinikalarda infeksiya kontroluna ciddi diqqət yetirilməlidir. Eyni zamanda hər bir pasient müalicə olunduğu stomatoloji klinikada sterilizasiya və dezinfeksiyanın necə həyata keçirilməsi ilə yaxından maraqlanmalıdır. Bu, həm onun özünün həm də bütün yaxınlarının sağlamlığı üçün vacibdir.

“Medical Life” klinikasında aseptika və antiseptika qaydalarına Ümumdünya Səhiyyə Standartlarına uyğun olaraq riaət olunur. Klinikamızda artıq qədim sterilizasiya üsulu sayılan quru hava sterilizatorlarından istifadə olunmur. Çünkü, bu növ sterilizatorların SPİD, hepatit C kimi bir çox qorxulu infeksiyaları məhv etmək üçün yararsız olması artıq sübuta yetirilmişdir. Bundan əlavə, quru hava sterilizatoru bir çox stomatoloji avadanlıqları sterilizə etmək üçün yararlı deyil. Ən etibarlı sterilizasiya buxar sterilizatoru- avtoklav vasitəsilə həyata keçirilir.

Müalicə zamanı istifadə olunan alətlər işlənmə yerinə görə 3 qrupa bölünür:

  1. Yumşaq toxumanı dələn, sümüyə təmas edən və qanla çirklənən alətlər. Bu növ alətlər mütləq ciddi rejimdə sterilizasiya edilməlidir.
  2. Sümüyə təmas etməyən alətlər. Onlar sadəcə yumşaq toxuma ilə təmasda olurlar. Bu növ alətlər az sayda infeksiyalaşma riski daşısa da mütləq steril edilməlidir.
  3. Sadəcə dəri ilə təmasda olan alətlər. Bu növ alətlər ya sadəcə dezinfeksiyaedici mayelərlə dezinfeksiya edilir, ya da bir istifadədən sonra atılır.

“Medical Life” klinikasında istifadə olunan alətlər istifadədən dərhal sonra ultrasəs sterilizasiya cihazında əl dəymədən təmizlənir, daha sonra avtoklavda sterilizə olunur. Turbin və düz ucluqlar xüsusi sterilizasiya cihazında təmizlənir, sterilizə olunur və yağlanır. Alətlər əl dəymədən təmizləndiyi və paketləndiyi üçün infeksiyalaşması mümkün deyil.

Klinikamızda hər bir pasientdən sonra stomatoloji kürsü, həkim stulu, qapının dəstəyi və əl dəyilən bütün yerlər xüsusi dezinfeksiyaedici mayelərlə təmizlənir.

Məqsədimiz əhaliyə gözəl təbəssüm bəxş etməklə yanaşı, onların sağlamlığına xələl yetirməməkdir.

 


Untitled Document Copyright 2011 © Medical life dental klinika