Untitled Document
Ana səhifə   |   Haqqımızda   |   Xidmətlərimiz   |   Vakansiyalar   |   Qəbula yazılmaq   |   SSS   |   Əlaqə
Untitled Document
   

Bizimlə əlaqə saxlayın

Mərkəz Bakıxanov

Sabunçu r-n., Bakıxanov qəs.
Tel.: +994 12 429 4224
Tel.: +994 12 429 7800
Faks: +994 12 429 5511

Q.Qarayev filialı

Nizami r-n.,
Ə.Hacıyev küç., 15
Tel.: +994 12 520 3151/61
Faks: +994 12 520 3171

info@medicallife.az





   Sıx Soruşulan Suallar

Salam, həkim! Anamın 6 il əvvəl ön 5 dişinə metal-keramika qapaq qoyulub. Qapaqlardan birinin üstünün keramikası düşüb, metalı görünür. Onu yerinə yapışdırmaq olarmı, yoxsa körpü tamamilə dəyişməlidir?
Keramikasi düşən dişi restavrasiya etmək olar, ancaq, bu uzun muddətli olmayacaq. Yaxşı olar ki, körpüyəbənzər protezi tamamilə dəyişdirəsiz.
Salam! Diş ərpini ev şəraitində aradan götürmək olarmı? Hansı pastalar daha məsləhətdir? Yoxsa bunun üçün mütləq həkimə getmək lazımdır?
İldə 2 dəfə həkim-gigiyenistin köməyilə ağız boşluğunun professional təmizliyi aparılmalıdır. Bundan əlavə ev şəraitində dəstəkləyici fərdi gigiyena tədbirləri görülməlidir. Siz klinikamıza buyurub ödənişsiz konsultasiyadan keçə bilərsiz və həkim ağız boşluğunuza düzgün qulluq etməyi öyrədər.
Hər vaxtınız xeyir, həkim! Yaxın vaxt ərzində nə vaxt sizin klinikada qəbula yazıla bilərəm? Əvvəlcədən minnətdaram!
Hər vaxtınız xeyir! Əlaqə nömrələrimiz saytımızda yerləşdirilib. Əlaqə saxlayaraq qəbula yazılıb, gələ bilərsiz. Əlavə olaraq internet səhifəmizdə olan “qəbula yazılmaq” bölməsindən istifadə edə bilərsiniz.
Salam! Belə bir sualım var - bir müddət əvvəl dişimin plombu düşüb, içi də çox çürüyüb. Demək olar ki, cəmi 2 divarı qalıb. Onu yenidən plomblamaq olarmı?
Salam! İlk növbədə dişin rentgen şəkli çəkilməlidir. Əgər kökləri sağlamdırsa tac hissəni qapaqla bərpa etmək olar.
Salam! Plomblu dişi ağartmaq olarmı?
Salam! Plomblu dişi ağartmaq olar, amma öncədən qoyulmuş plombla ağardılmış dişin rəngi fərqli ola bilər. Ağartmadan sonar plombu dəyişmək ehtiyacı yarana bilər.

 


Untitled Document Copyright 2011 © Medical life dental klinika